Rezidenturaya qəbul imtahanının vaxtı AÇIQLANDI 

Rezidenturaya qəbul imtahanının vaxtı AÇIQLANDI 

Hazırda oxunan: Rezidenturaya qəbul imtahanının vaxtı AÇIQLANDI 
149956
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi avqustun 13-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. 

Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. 
Qeyd olunub ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədi ilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.

Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. 

“İmtahana buraxılış vərəqəsi”ni çap etmək etmək üçün keçid: //www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO