Sabirabadda ƏMƏLİYYAT: 44 nəfər saxlanıldı - FOTO

Sabirabadda ƏMƏLİYYAT: 44 nəfər saxlanıldı - FOTO

Hazırda oxunan: Sabirabadda ƏMƏLİYYAT: 44 nəfər saxlanıldı - FOTO
146149
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son bir ay ərzində rayon ərazisində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, oğurluq, hədə-qorxu ilə pul tələb etmə və adam oğurluğu cinayətləri edən ümumilikdə 44 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, həmin şəxslərdən 36-ı narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub.

Qanunsuz dövriyyədən ümumilikdə 20 kiloqrama yaxın heroin, tiryək, metamfetamin və marixuana, eləcə yaş çəkisi 100 kiloqram olan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 318 ədəd çətənə bitkiləri çıxarılıb.

Həmçinin, qeyd edilən dövr ərzində Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı evlərdən, apteklərdən və mağazalardan oğurluqlar edən 3, rayon sakini olan bir nəfərə hədə-qorxu gələrək pul tələb edən 2 və adam oğurluğu cinayəti törədən 3 nəfər şəxs də saxlanılaraq məsuliyyətə cəlb olunub.
Aşkar edilən bütün faktlarla əlaqədar Sabirabad Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Sabirabadda ƏMƏLİYYAT: 44 nəfər saxlanıldı - FOTO - foto 1
Sabirabadda ƏMƏLİYYAT: 44 nəfər saxlanıldı - FOTO - foto 2

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO