Ağdaşda at oğruları TUTULDU - FOTO

Ağdaşda at oğruları TUTULDU - FOTO

Hazırda oxunan: Ağdaşda at oğruları TUTULDU - FOTO
145608
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağdaş rayonunun Kotavan kəndi ərazisindəki örüş sahəsindən 8 kənd sakininə məxsus ümumilikdə 9 rəst atın ayrı-ayrı vaxtlarda naməlum şəxslər tərəfindən oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişlərin həmkəndliləri - Cəbrayıl Səfərov və Asim Şirinov saxlanılıblar. 

Araşdırma zamanı saxlanılan şəxslərin oğurladıqları atları Bərdə rayon sakini Hacı Nəsirova satdıqları, əldə etdikləri pulu isə öz aralarında böldükləri müəyyən edilib. Hacı Nəsirov isə istintaqa verdiyi ifadəsində həmin atları Qazaxıstana satdığını bildirib. 
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri aparılır.

Ağdaşda at oğruları TUTULDU - FOTO - foto 1
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO