Ağalı və Talış kəndlərində heyvan kəsimi üçün çadırlar QURAŞDIRILDI  

Ağalı və Talış kəndlərində heyvan kəsimi üçün çadırlar QURAŞDIRILDI  

Hazırda oxunan: Ağalı və Talış kəndlərində heyvan kəsimi üçün çadırlar QURAŞDIRILDI  
142906
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Bu il ilk dəfə olaraq işğaldan azad edilmiş zonalarda - Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndində heyvan kəsimi üçün çadırlar quraşdırılıb". 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədr müavini Elina Sulyayeva “Qurban bayramı günlərində heyvan kəsimi və satışı fəaliyyətlərinə həsr olunmuş brifinq”də bildirib. 

Onun sözlərinə görə, çadırlarda tam təchiz edilmiş mobil biotəhlükəsizlik laboratoriyaları da fəaliyyət göstərir. Həmin laboratoriyalar seroloji, mikroskopik, orqanoleptik, fiziki-kimyəvi və molekulyar-bioloji müayinələrin aparılması üçün tam hazır vəziyyətdədir. 

E.Sulyayeva bildirib ki, AQTİ-nin Bərdə və Göygöl rayonlarında stasionar baytarlıq laboratoriyaları var:

"Bayram günlərində zərurət yaransa, nümunələr təcili olaraq həmin laboratoriyalara çatdırılaraq müayinə ediləcək". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO