Narkokuryerlik edən “Uber” və “Bolt” sürücüləri SAXLANILDI - FOTO

Narkokuryerlik edən “Uber” və “Bolt” sürücüləri SAXLANILDI - FOTO

Hazırda oxunan: Narkokuryerlik edən “Uber” və “Bolt” sürücüləri SAXLANILDI - FOTO
141909
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Uber” və “Bolt” taksi şirkətlərinin daha 11 sürücüsü sərnişinlərlə qeyri-etik formada davrandıqları və narkokuryerlik etdikləri üçün saxlanılıb. 

Bu barədə Bizim.Media Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 

Belə ki, paytaxt ərazisində “Uber” və “Bolt” taksi şirkətlərinin bəzi sürücülərinin əsasən xanım sərnişinlərlə qeyri-etik formada davranmaları, əxlaqsız təkliflər etmələri və taksi görüntüsü yaradaraq narkokuryerlik etmələri barədə daxil olan əməliyyat məlumatları əsasında polis əməkdaşları tərəfindən növbəti təxirəsalınmaz tədbirlər keçirilib. 

Son bir neçə gündə həyata keçirilən tədbirlər nəticəsində qeyd olunan qanunazidd əməlləri törədən həmin şirkətlərin daha 11 sürücüsü müəyyən edilərək saxlanılıb. Əməliyyatlar zamanı saxlanılan taksi sürücülərindən bir qisminin cinayət məsuliyyətinə, digərlərinin isə inzibati məsuliyyətə cəlb olunmaları təmin edilib. Bu istiqamətdə polis əməkdaşları tərəfindən intensiv tədbirlər davam etdirilir. 
Qeyd edək ki, vətəndaşlar taksi xidmətlərindən istifadə edən zaman qarşılaşdıqları bu kimi neqativ hallarla bağlı dərhal ərazi polis orqanlarına, “102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər. 

Bizim.Media

Narkokuryerlik edən “Uber” və “Bolt” sürücüləri SAXLANILDI - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO