Polis Lerikdə ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO  

Polis Lerikdə ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO  

Hazırda oxunan: Polis Lerikdə ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO  
141169
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lerikdə külli miqdarda müxtəlif növ nakotik vasitələr aşkarlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb. 

Bildirilib ki, Lerik Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Piran kənd sakini Əliməhəmməd Şirvanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan metametamin aşkarlanaraq götürülüb. 
Əməliyyat tədbirlərinin davamı nəticəsində Ə.Şirvanovun həmin psixotrop maddəni Lənkəran sakini, əvvəllər məhkum olunmuş Pərviz Həsənovdan əldə etdiyi müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb.

P.Həsənovun yaşadığı evdən və avtomobilindən ümumilikdə 360 qram heroin, 116 qram tiryək və 100 qrama yaxın metamfetamin aşkarlanaraq götürülüb. 

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır. 

Polis Lerikdə ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO   - foto 1
Polis Lerikdə ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO   - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO