BİZİM TƏQVİM: 31 may Ümumdünya Tütünlə Mübarizə Günüdür

BİZİM TƏQVİM: 31 may Ümumdünya Tütünlə Mübarizə Günüdür

Hazırda oxunan: BİZİM TƏQVİM: 31 may Ümumdünya Tütünlə Mübarizə Günüdür

138816

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprel ayının 28-də süqut etsə də, yerlərdə müqavimət hərakatı bir müddət davam etmişdi. Sovet hakimiyyətinə qarşı ən çox müqavimət göstərən general-mayor Cavad bəy Şıxlinskinin başçılıq etdiyi xalq hərəkatı olub. Çox təəssüf ki, 1920-ci ilin 31 mayında hərəkat amansızlıqla yatırılıb. Azərbaycan milli azadlıq mübarizəsi tarixinə qızıl hərflərlə yazılan bu üsyan məğlub olsa da, Sovet hakimiyyətinə zərbə vurdu. 

Bəs, mayın 31-də dünyada daha hansı hadisələr baş verib? 

1. 31 may 1868-ci ildə Paris ətrafında, Sen-Klu parkında dünyada ilk dəfə velosiped yürüşü keçirilib. 2000 metr məsafəyə yürüşdə ingilis C.Mur qalib gəlib. 

2. İngiltərə ordusu ilə Cənubi Afrikada yerləşən və burlar (boers) adlanan holland əsilli ağ mühacirlər arasındakı başlayan savaş nəticəsində ingilislər 1902-ci il 31 mayda Cənubi Afrikanı ələ keçirdilər. 

3. 31 may 1911-ci ildə məşhur “Titanik” gəmisi suya endirilib. 

4. 1912-ci ilin bu günündə Üzeyir bəy Hacıbəylinin “Əsli və Kərəm” operasının premyerası keçirilib. 

5. 31 may Cənubi Afrika Respublikasının İstiqlaliyyət Günüdür. Bu ölkə 1961-ci ilin bu tarixində Britaniya Birliyindən çıxaraq müstəqilliyini elan edib. 

6. İkinci Dünya Müharibəsi dövründə faşist konslagerlərinin (gestapo) fikir müəllifi və illərlə onu idarə etmiş Adolf Eyxman saxta pasportla yaşadığı Argentinada tutulduqdan sonra İsrailə gətirilib. O, 1962-ci ildə mühakimə və edam olundu. O, gestaponun "Yəhudi məsələsi" bölməsinin başında olarkən verdiyi qərarlarla yüz minlərlə yəhudini öldürməkdə günahkar idi.   

7. Keniyada yaxalanaraq Türkiyəyə gətirilən PKK terror təşkilatının başçısı Abdullah Öcalanın məhkəməsi 1999-cu ilin 31 mayında İmralı adasında başlayıb. Öcalan məhkəmədə bu təşkilatı özünün qurduğunu və idarə etdiyi müddət boyu terror əməlləri törətdiyini etiraf edib. 

8. 2002-ci ilin 31 may tarixində 2002 FİFA Dünya kuboku Cənubi Koreya və Yaponiyada başladı. 

10. 31 may 2021-ci ildə Bakıda 8 noyabr metrostansiyası işə başlayıb. 

11. 31 may Ümumdünya Tütünlə Mübarizə Günüdür. 1988-ci ildən başlayaraq Ümumdünya Səhiyyə Təşkilatının Assambleyasının qərarı ilə 31 may hər il Ümumdünya Tütünlə Mübarizə Günü  kimi qeyd edilir.  

31 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır: 

1. Əsərlərinin leytmotivi “Dünya demokratiyası ideyası” olan, quldarlıq əleyhinə mübarizəni tərənnüm edən məhşur Amerika şairi Uolt Uitmen 1819-cu ilin bu günü anadan olub.  

2. 31 may 1847-ci ildə Azərbaycan şairi və yazıçısı Abbasqulu ağa Bakıxanov vəfat edib. 

3. 1920-ci ilin bu günündə görkəmli ictimai-siyasi və dövlət xadimi, publisist Nəsib bəy Yusifbəyli qətlə yetirilib. Nəsib bəy Yusifbəyli Azərbaycan Xalq Cümhuriyyəti hökumətində müxtəlif dövrlərdə maarif naziri, Baş nazir, eləcə də daxili işlər naziri vəzifələrini tutub. 1920-ci ildə Azərbaycanda kommunist rejimi qurulduqdan sonra Nəsib bəy təqiblərdən yaxa qurtarmaq məqsədi ilə mühacirətə getmək üçün Bakını tərk edib. 1920-ci il mayın 30-da Kürdəmir uyezdinin Qarxun kəndində müəmmalı şəkildə qətlə yetirilib. 

4. Azərbaycan neft sənayesində neft daşları dəniz mədənləri inkişafının müəyyən mərhələlərinin müəllifi olan tanınmış neftçi-alim Sabit Orucov 1912-ci il 31 mayda anadan olub. S.Orucov uzun illər SSRİ Qaz Sənayesi naziri işləyib. (1912-1981) 

5. Azərbaycanın tanınmış xanəndəsi Sara Qədimova 1922-ci ilin bu günü dünyaya gəlib.   

6. Bəstəkar, Azərbaycanın Xalq artisti Oqtay Zülfüqarov 1929-cu ilin bu günündə anadan olub. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO