Bakıda ictimai iaşə obyektləri yandı – ANBAAN VİDEO 

Bakıda ictimai iaşə obyektləri yandı – ANBAAN VİDEO 

Hazırda oxunan: Bakıda ictimai iaşə obyektləri yandı – ANBAAN VİDEO 
137878
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda obyektlərdə yanğın olub. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Ə.Nəvai küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bir-birinə bitişik, taxta konstruksiyalardan ibarət obyektlərdə baş verdiyi və yayılaraq digər obyektlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib. 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

Yanğın nəticəsində ümumi sahəsi 70m² və 100m² olan ictimai iaşə obyektləri müvafiq olaraq 50m² və 44m² sahədə, bərbərxana 6m² sahədə yanıb, ümumi sahəsi 20m² olan avtomobil yuma məntəqəsinin lambir materialdan ibarət tavanı yüksək temperaturdan əriyib. 
Obyektlərin qalan hissəsi və digər bitişik obyektlər yanğından mühafizə olunub. 
 



Bakıda ictimai iaşə obyektləri yandı – ANBAAN VİDEO  - foto 1
Bakıda ictimai iaşə obyektləri yandı – ANBAAN VİDEO  - foto 2
Bakıda ictimai iaşə obyektləri yandı – ANBAAN VİDEO  - foto 3
Bakıda ictimai iaşə obyektləri yandı – ANBAAN VİDEO  - foto 4
Bakıda ictimai iaşə obyektləri yandı – ANBAAN VİDEO  - foto 5
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO