NATO və Azərbaycan arasında enerji təhlükəsizliyi dialoqunda BU MƏSƏLƏLƏRDƏN danışılıb

NATO və Azərbaycan arasında enerji təhlükəsizliyi dialoqunda BU MƏSƏLƏLƏRDƏN danışılıb

Hazırda oxunan: NATO və Azərbaycan arasında enerji təhlükəsizliyi dialoqunda BU MƏSƏLƏLƏRDƏN danışılıb
136332
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

NATO-nun Brüsseldə yerləşən mənzil-qərargahında ilk dəfə olaraq Daimi Nümayəndələrin Müavinləri Komitəsi (DPRC) formatında Alyans və Azərbaycan arasında enerji təhlükəsizliyi üzrə dialoq baş tutub. 

Bizim.Media xəbər verir ki, iclasda Azərbaycan Respublikasının energetika nazirinin müavini Elnur Soltanov, Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə, habelə nümayəndəliyin heyəti iştirak edib.

Nazir müavini E.Soltanov NATO mənzil-qərargahına səfəri çərçivəsində, həmçinin NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina və Beynəlxalq Katibliyin İqlim və enerji təhlükəsizliyi bölməsinin rəhbəri Mixael Rühle ilə ikitərəfli görüşlər keçirib. 
Müzakirələr zamanı E.Soltanov Azərbaycanın uğurlu enerji strategiyası, “Cənub Qaz dəhlizi”nin əhəmiyyəti, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfələri, bərpa olunan enerji mənbələri sahəsində imkanlar və yeni perspektiv layihələr barədə müttəfiq dövlətlərə məlumat verib. 

NATO üzv dövlətləri Azərbaycanın Alyansın etibarlı və önəmli tərəfdaşı olduğunu vurğulayıb. Müttəfiq dövlətlər ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfələrini yüksək qiymətləndirib və bu çərçivədə perspektiv layihələrin əhəmiyyətinə toxunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO