BİZİM TƏQVİM: Yeganə \

BİZİM TƏQVİM: Yeganə \"Avroviziya\" qələbəmizdən 12 il ÖTÜR

Hazırda oxunan: BİZİM TƏQVİM: Yeganə \"Avroviziya\" qələbəmizdən 12 il ÖTÜR

135943

15 may günü bir sıra tarixi hadisələrlə əlamətdardır:

1. 15 may 1756-cı ildə İngiltərə, Fransa, Rusiya, Avstriya və Prussiya arasında "Yeddi illik müharibə" başladı. İngiltərə və Fransanın xarici koloniyalarında baş verən qarşıdurmalar nəticəsində çıxan “Yeddi illik müharibə” dünya miqyasında ilk böyük müharibə sayılır.

2. Ayətulla Mirzə Şirazinin 1891-ci il 15 may fitvası ilə Cənubi Azərbaycanda tütün inhisarı ləğv edildi.

3. 1919-cu ilin 15 mayından yunanlar Anadoluya hücum etməyə başladılar və İzmirə ordu yürütdülər. Elə həmin gün jurnalist Həsən Təhsin  yunan əsgərlərinə ilk atəşi açdı və şəhid oldu.

4.  Yunanıstanın İzmirə qoşun göndərməsi Türkiyənin İstiqlal Müharibəsi üçün bir qığılcım rolunu oynadı. Yunan işğalına başda İstanbul olmaqla, ölkənin çox yeri etiraza qalxdı və bu hərəkat milli müqavimət təşkilatlarının yaranmasını təmin etdi.  

5.  İsrail öz dövlətini bəyan etdikdən bir gün sonra – 1948-ci il mayın 15-də Fələstin torpaqlarında ərəblərlə yəhudilər arasında müharibə başladı. 1949-cu ilin iyul ayınadək davam edən bu müharibə zamanı İsrail BMT-nin onun üçün ayırdığı əraziyə yeni torpaqlar qatdı.

6.  Fələstin xalqı 15 mayı "Böyük fəlakət günü" adlandırır.

7.  1988-ci il mayın 15-də sovet qoşunları Əfqanıstandan çıxarılmağa başladı. Hələ Leonid İliç Brejnevin rəhbərliyi dövründə Əfqanıstan hadisələrinə SSRİ-nin müdaxiləsi nəticəsində minlərlə sovet əsgəri, o cümlədən, xeyli azərbaycanlı həlak oldu və yaralandı.

8.  15 may 1994-cü ildə BMT Baş Assambleyasının qərarına əsasən Beynəlxalq Ailə Günü qeyd edilməyə başlayıb.

9.  2009 –cu ilin bu günündə Bakıda bədii gimnastika üzrə 25-ci Avropa çempionatinin açiliş mərasimi olub. Yarışlarda dünyanın 32 ölkəsindən 186 gimnast iştirak edib.

10. 15 may 2011-ci ildə Azərbaycanı təmsil edən Eldar Qasımov və Nigar Camal dueti 56-cı Avroviziya  Mahnı Müsabiqəsinin qalibi olub.

15 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1.  Fransanın tanınmış fiziki Pyer Küri 1859-cu ilin bu günü dünyaya gəıib. Kristallar fizikası, maqnetizm və radioaktivlik alimin əsas tədqiqat sahələri olub.

2.  15 may Azərbaycanın tanınmış dövlət xadimi, publisist və maarifçi Məhəmmədyusif Cəfərzadənin xatirə günüdür. 1938-ci il mayın 15-də Məhəmmədyusif Cəfərzadə repressiya qurbanlarından biri kimi həlak olub. (1885-1938)

3.  Azərbaycanın dövlət xadimi Əşrəf Allahverdiyev 1904-cü ilin bu günü dünyaya gəlib. 

4.  Azərbaycanın tanınmış futbolçusu, idman ustası Tofiq Axundov 1937-ci il mayın 15-də anadan olub.

5.  1806-cı ildən 1822-ci ilə qədər hakimiyyətdə olmuş Qarabağ xanlığının sonuncu xanı Mehdiqulu xan Cavanşir 15 may 1763-cü ildə dünyaya gəlib. O məşhur şairə Xurşudbanu Natavanın atasıdır.

6.  15 may 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Pərviz Səmədov şəhidlik zirvəsinə yüksəlib

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO