DİN və DSX-dən birgə ƏMƏLİYYAT – Saxlanılan var - FOTO

DİN və DSX-dən birgə ƏMƏLİYYAT – Saxlanılan var - FOTO

Hazırda oxunan: DİN və DSX-dən birgə ƏMƏLİYYAT – Saxlanılan var - FOTO
133272
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti Beyləqanda əməliyyat keçirib, 160 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. 

Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən daha bir xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Beyləqan rayonunda keçirilən tədbir zamanı paytaxt sakini əvvəllər məhkum olunmuş Tərlan Xasməmmədov saxlanılıb.

Bu şəxsdən və onun sərnişin kimi əyləşdiyi avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilərək yüksək təsiredici xassəyə malik olan 100 kiloqram qurudulmuş marixuana və 60 kiloqram tiryək aşkar edilib. 

İlkin sorğu zamanı Tərlan Xasməmmədov ondan aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “Yaşar” adı şəxsin vasitəsilə sərhədyanı bölgədə yerləşən Beyləqan rayonu, 2-ci Şahsevən kəndi ərazisində gizlədilən yerdən Bakı şəhərində müxtəlif ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib. 
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

DİN və DSX-dən birgə ƏMƏLİYYAT – Saxlanılan var - FOTO - foto 1
DİN və DSX-dən birgə ƏMƏLİYYAT – Saxlanılan var - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO