Gəncədəki yanğının səbəbi BƏLLİ OLDU

Gəncədəki yanğının səbəbi BƏLLİ OLDU

Hazırda oxunan: Gəncədəki yanğının səbəbi BƏLLİ OLDU
132824
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün səhər saatlarında Gəncədə 1 saylı Abbas Səhhət adına Xəstəxanada baş verən yanğının təfərrüatları məlum olub. 

Bizim.Media-nın Qərb bürosu xəbər verir ki, şahidlərin sözlərinə görə, yanğın birinci mərtəbədə naqil qovşaqları olan yerdə başlayıb.

Daha sonra isə tüstü yuxarı mərtəbələrə yayılıb. 

Reanimasiya şöbəsindən verilən məlumata görə, tüstü boğucu olub. Tibb bacılarından biri 4 xəstənin içəridə qalması barədə dərhal məlumat verib. Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadası cəlb olunub. Xəstələr digər tibb müəssisələrinə təxliyyə ediliblər. 

Artıq yanğın söndürülüb. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin Gəncə regional şəbəsinin və polis əməkdaşları araşdırma aparır. Gəncə İcra Hakimiyyətinin rəhbərləri hadisə yerinə gəlib, xəstələrin vəziyyəti ilə maraqlanıblar.

Hələlik yanğının baş vermə səbəbi kimi xəstəxananın birinci mərtəbəsində qısaqapanma  olduğu bildirilir

Qeyd edək ki, bu gün 1 saylı Abbas Səhhət adına Xəstəxanada baş verən yanğında tüstüdən boğularaq reanimasiya şöbəsinə yerləşdirilən 60 yaşlı qadın həyatını itirib. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO