Sabiq kənd təsərrüfatı nazirləri indi haradadır? – ARAŞDIRMA 

Sabiq kənd təsərrüfatı nazirləri indi haradadır? – ARAŞDIRMA 

Hazırda oxunan: Sabiq kənd təsərrüfatı nazirləri indi haradadır? – ARAŞDIRMA 
131215
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, aprelin 14-də Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamla Məcnun Məmmədov kənd təsərrüfatı naziri təyin edilib. O, 1991-ci ildən bəri bu vəzifəyə təyin olunan 8-ci kənd təsərrüfatı naziridir. 

Bizim.Media sabiq kənd təsərrüfatı nazirlərinin hazırda harda olduğu, nə işlə məşğul olduqlarını araşdırıb. 

Müzamil Abdullayev

1991-1992-ci illərdə kənd təsərrüfatı və ərzaq məhsulları naziri 1941-ci il təvəllüdlü Müzamil Abdullayev olub. O, Azərbaycan Kommunist Partiyasının üzvü olub. 1993-1994-cü illərdə M. Abdullayev yenidən həmin vəzifədə çalışıb. Abdullaev Müzamil İmran oğlu kənd təsərrüfatı elmləri doktoru, Göygöl rayonunda yerləşən “Göygöl Şərab-2” fabrikinin təsisçisi olub. Sabiq nazir ötən ilin iyun ayında vəfat edib.

Tofiq Hüseynli 

1993-cü ilin mart-may aylarında Tofiq Hüseynli ( Qara Tofiq) olub. 1952-ci ildə Tovuz rayonunda anadan olan Tofiq Hüseynov AXC hakimiyyətində kənd təsərrüfatı naziri olub. 1994-cu ildə isə qanunsuz silah gəzdirməkdə ittiham edilərək həbs olunub. Eks-nazir 2 il müddətinə azadlıqdan məhrum edilib. 1995-ci ildə azad edilib. Hal-hazırda isə Qara Tofiq İsveçrədə yaşayır. Ailəlidir, 2 övladı var. 

Rəhim Əşrəfov 

Tofiq Hüseynovu nazir postunda Rəhim Əşrəfov əvəzləyib. O, 1993-cü ildən 1994-cü ilin fevral ayına qədər nazir səlahiyyətlərini icra edə bilib. Sabiq nazirin sonrakı fəaliyyəti ilə bağlı isə məlumat yoxdur.

İrşad Əliyev 

İrşad Əliyev isə ardıcıl 3 dəfə 1994-1998, 1998-1999, 1999-2004-cü illərdə ümumilikdə 10 il nazir olub. O, 30 iyun 1944-cü il təvəllüdlüdür. 2005–2012-ci illərdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı, 2012–2014-cü illərdə isə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Hazırda təqaüddədir. 

İsmət Abbasov

İrşad Əliyevdən sonra İsmət Abbasov 2004-2013-cü illərdə nazir olub. Ardınca 2013-2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini olub. Həmin ilin aprelindən rəsmən təqaüdə göndərilib. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. YAP-ın 2021-ci ilin martında keçirilən VII qurultayında İsmət Abasov Partiyanın rəhbər strukturlarından kənarda saxlanılıb.

Adı bir neçə dəfə qalmaqallı məqalələrlə gündəmə gəlib. Daha sonra eks-nazirin Böyük Britaniyada yaşayan oğlu, iş adamı Yunis Abbasovun Londonda bahalı mal-mülkə sahib olduğu iddia edilib. İsmət Abbasov hazırda Bakıda yaşayır, təqaüdçüdür. Tez-tez dəniz sahilində dincəldiyi bildirilir. 

Heydər Əsədov

Heydər Əsədov isə 2013-2018-ci illərdə bu vəzifədə olub. 3 aprel 2019-cu ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilir. Hazırda da həmin vəzifəni icra edir. 3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir. Vaxtilə nazir postunu itirərkən onun ciddi depressiya keçirdiyi söylənilir. 

İnam Kərimov

2018-2023-cü illərdə hazırda Ali Məhkəmənin sədri olan İnam Kərimov kənd təsərrüfatı naziri postunda çalışıb. 4 aprel 2023-cü il tarixindən etibarən isə İnam Kərimov Ali Məhkəmənin sədridir.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO