
- A-
- A
- A+
Azərbaycan gömrükçüləri külli miqdarda brilliant qaşlar müsadirə etdi - VİDEO
Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda brilliant qaşların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alıb.
Bizim.Media xəbər verir ki, baş idarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Ankara-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus baqaj rentgen aparatından keçirilib.
Daha sonra vətəndaş saxlanılaraq inzibati binaya dəvət olunub.
Yoxlama zamanı vətəndaşa məxsus böyük ölçülü karton qutuda - şəxsi geyim əşyalarının arasındakı qırmızı rəngli çantadan gömrük nəzarətindən gizlədilən 16 ədəd sellofan bükümdə müxtəlif ölçüdə brilliant qaşlar aşkar olunub.
Aşkar olunan brilliant qaşların təxmini ümumi kütləsi 4 500 karat (948 qram) təşkil edir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































