BİZİM TƏQVİM: Azərbaycan 31 il ATƏT-ə üzv olmaqla nə əldə edib?

BİZİM TƏQVİM: Azərbaycan 31 il ATƏT-ə üzv olmaqla nə əldə edib?

Hazırda oxunan: BİZİM TƏQVİM: Azərbaycan 31 il ATƏT-ə üzv olmaqla nə əldə edib?

123041

Bu gün rus dilli “Vışka” qəzetinin nəşrə başlamasından 95 il keçir. Qəzet 1928-ci ilin 1 martında Bakıda çap olunmağa başlayıb. 

Bəs, 1 martda daha hansı hadisələr baş verib? 

1. 1931-ci ilin 1 mart tarixində Fransanın tibb xidməti generalı Jorj Sen-Pol bir neçə dövlətin təşəbbüsü ilə Parisdə Cenevrə Bölgələri Assosiasiyasının bünövrəsini qoydu. Cenevrə Bölgələri Assosiasiyası sonralar Beynəlxalq Mülki Müdafiə Təşkilatına çevrildi, 1972-ci ildə isə hökumətlərarası status aldı. Hazırda həmin təşkilatın 50-dən çox üzvü var, 8 dövlət isə müşahidəçi statusuna malikdir. Ona görə də 1 mart Beynəlxalq Mülki Müdafiə Günüdür. Bu gün hər il ölkəmizdə də geniş qeyd edilir. 

2. 1 mart 1947-ci ildə Beynəlxalq Valyuta Fondu təsis edilib.

3. 1953-cü il martın 1-də artıq “Azadlıq” radiosu fəaliyyətə başlayıb.

4. 1978-ci ilin 1 martında Çarli Çaplinin qəbri İsveçrədəki qəbiristanlıqdan oğurlanıb.

5. 1974-cü ilin 1 mart tarixində Amerika Birləşmiş Ştatlarını sarsıdan "Uoterqeyt qalmaqalı" ilk olaraq 7 adama qarşı cinayət işi ilə başlayıb. 

6. 1983-cü ilin 1 martında “Hakkaridə bir mövsüm” adlı Türkiyə kinosu Berlin Film Festivalında eyni zamanda dörd mükafata layiq görüldü və tədbirin ən çox mükafatlı filmlərindən biri oldu.

7. 1 mart 1992-ci ildə Azərbaycan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına üzv qəbul edilib. Bəs, Azərbaycan 31 il ATƏT-ə üzv olmaqla nə əldə edib? Sualın cavabını digər yazımızda oxuya bilərsiniz.

8. 1 mart 2003-cü ildə ABŞ-ın İraqda keçirəcəyi hərbi əməliyyatla əlaqədar xarici ölkə əsgərlərinin Türkiyədə yerləşdirilməsi və Türkiyə əsgərinin başqa yerə köçürülməsi ilə bağlı Hökumət Təzkərəsi Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilmədi. Bu qərar Türkiyə-ABŞ münasibətlərində "Təzkərə böhranı"na səbəb oldu.

9. 1 mart 2005-ci ildə İngiltərənin paytaxtı Londonda “Türklər: bir imperatorluğun memarları və memar Sinan dühası” adlı sərgi açılıb.

1 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

1. Azərbaycanın əmək qəhrəmanı, pampıqçı-mezanizator Sevil Qazıyeva 1940-cı ilin bu günü anadan olub. 

2. 1 mart Azərbaycanın tanınmış xalq rəssamı Kamil Əliyevin xatirə günüdür. O 2005-ci ilin 1 martında dünyasını dəyişib.

3. Azərbaycan rəssamlıq sənətinin ilk peşəkar nümayəndələrindən biri, Xalq rəssamı Qəzənfər Xalıqov 1 mart 1981-ci ildə vəfat edib. 

4. Azərbaycanın qaboy ustası, bəstəkar, pedaqoq və Xalq artisti Kamil Cəlilov 1 mart 1938-ci ildə dünyaya gəlib. 

5. Türk manken, aktrisa Aydan Şener 1963-cü ilin bu günündə Türkiyədə anadan olub.

6. Tanınmış diktor, Əməkdar artist Hicran Hüseynov 1 mart 2013-cü ildə dünyadan köçüb. 

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO