Vasif Tağıyev hücum anından danışdı - VİDEO

Vasif Tağıyev hücum anından danışdı - VİDEO

Hazırda oxunan: Vasif Tağıyev hücum anından danışdı - VİDEO

118758

“Səhər saat 08:00-da xidməti təhvil aldıq. Monitorlardan ərazini izlədiyimiz vaxt “Saipa” markalı maşının yaxınlaşdığını gördük”.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktının təfərrüatları barədə keçirilən brifinqində nümayiş etdirilən videoçarxda qeyd edilib.

Hadisə zamanı yaralanan Vasif Tağıyev videoçarxda bildirib ki, əli silahlı bir nəfər polisə işarə göstərərək binaya silahla atəş açaraq daxil olub və cinayət hadisəsini törədib: 

“Polis ona heç bir reaksiya verməyib, yerində oturub. Məlumat üçün deyim ki, polis də orada tam silahlı olur”.

Vasif Tağıyev qeyd edib ki, səfirliyin binası həm də yaşayış binasıdır: 

“Orada 6 ailə yaşayır. Terrorçunun fikri hamını öldürmək idi. Çünki o tam hazırlıqlı gəlmişdi. İki dolu daraq, “Kalaşnikov” avtomatı, tapança, ağır alət, benzin doldurulmuş şüşələr. İlk atəşi Orxan Əsgərova açandan sonra mən onu tərksilah etmək istəyəndə 2-ci atəş mənim çiynimdən dəydi. 

Mən onu çölə atmaq istəyirdim. Onu tutduğum anda orada İran polisi ilə aramızdakı məsafə heç 10 metr yox idi. Qışqırırdım ki, polis kömək etsin. Həm fars, həm Azərbaycan dilində”.

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub.

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO