Dənizkənarı Milli Parkda konsert proqramı təşkil olundu - FOTO

Dənizkənarı Milli Parkda konsert proqramı təşkil olundu - FOTO

Hazırda oxunan: Dənizkənarı Milli Parkda konsert proqramı təşkil olundu - FOTO

118590

“Heydər Əliyev İli” çərçivəsində Dənizkənarı Milli Parkda konsert proqramı təşkil olunub.

Bizim.Media Yeni Azərbaycan Partiyasının saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planı çərçivəsində bir sıra idman növü üzrə yarışların, mədəni-kütləvi konsert proqramlarının təşkili nəzərdə tutulur.

Tədbirlər Planına uyğun olaraq, fevralın 5-də Dənizkənarı Milli Parkda konsert proqramı keçirilib. “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan konsert proqramında tanınmış gənc ifaçılar çıxış ediblər.

Konsert proqramının təşkil olunmasında məqsəd yeniyetmə və gənclər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, sağlam və narkomaniyadan uzaq gəncliyin formalaşmasına töhfə verməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO