Ordum varsa, yurdum var....

Ordum varsa, yurdum var....

Hazırda oxunan: Ordum varsa, yurdum var....

116444
Artıq bir neçə gündür ki, bəzi saytlarda guya ki, ordu rəhbərliyi tərəfindən ordumuzda xidmət edən zabit heyyətinin maaşlarının 30-50% azaldılması haqqında bəzi dezinformasiyalar yer almaqdadır. Sözsüz ki, bu gün Azərbaycan Ordusunun inkişafını, yüksək döyüş hazırlığını qəbul etməyən bəzi məddahlar əhali arasında ordunu gözdən salmaq məqsədini daşıyırlar. Ordumuz bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olaraq çox uğurla öz vəzifə borclarını və döyüş tapşırıqlarını yerinə yetirir. Soyuq səngərlərdə gecə- gündüz düşmənlə üzbəüz duraraq əsl mətinlik və igidlik nümunəsi göstərirlər. Ordumuzun bu uğurlarını qəbul etmək istəməyənlərdən soruşmaq istərdim: Siz kimin hissiyatları ilə oynamaq istəyirsiniz? Siz kimə xidmət edirsiniz? Bəlkə kimdənsə sifariş alırsınız?

Bu təsdiq olunmayan məlumatları yaymaqla kimdənsə hörmət vəya yüksək reytinq qazanmaq fikrindəsiniz?

Ümumiyyətlə Ordu mövzusu çox həssaz mövzudur. Çünki, yazılan hər bir məlumatı düşməndə oxuyur. Əgər biz öz içimizdə ola-ola ordumuzu hörmətdən salırıqsa, onda mənim fikrimcə düşmənin təbliğat maşınını daha da hərəkətə gətirmək mənası kimi anlaşılır. Əsla buna yol vermək olmaz. Hərbi ekspert ehtiyyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bu haqda əsaslı açıqlama vermişdir:

“ Maaşların azaldılması yazılan və iddia edilən kimi heç də 50 faiz civarında deyil. Nəzərə alsaq ki, bu gün MN-nin hərbi hissə və birləşmələrinin tam əksəriyyəti stasionar deyil, səhra şəraiti hesab edilən Qarabağ ətrafında və Ermənistanla təmas xəttində yerləşib, MN-nin rəhbərliyinin bu yanaşmasını da hardasa anlayışla qəbul etmək lazımdır. Özü də ədalət naminə qeyd etmək istərdim ki, məvaciblərlə bağlı qərar bütün cəbhə bölgələrini əhatə edən hərbi hissələrin şəxsi heyətinə elan olunmuşdu və burda heç bir hansısa gözlənilməzlikdən söhbət belə gedə bilməz. Bəli, yuxarı komandanlıq tərəfindən verilmiş bu qərar bir qədər arxada oturub gunlərini sayan bəzi hərbçiləri heç də razı salmayıb və onlar indi çalışırlar ki, bu boşluğu hansısa yolla doldursunlar. Elələri var ki, ön xəttdə xidmət etmək üçün müraciət edirlər. Elələri də var ki, müxtəlif bəhanələrlə Bakı və digər hərbi qarnizonlara xidmət yerlərinin dəyişdirilməsi ilə bağlı təqrir və müraciətlər edirlər. Bu da təbiidir. Silahlı Qüvvələrdə davamlı şəkildə ciddi ştat-struktur dəyişiklikləri aparılır. Kimlərsə yuxarı vəzifələrə çəkilir, kimlər isə "isti və rahat" xidmət yerlərini itirməli olurlar. Mən də bəzi qərarlarla tam razı deyiləm və hesab edirəm ki, MN-nin rəhbərliyi bəzi kadr təyinatlarında daha obyektiv meyarlara üstünlük versin. Savadlı, bacarıqlı, döyüş təcrübəsi olan zabit və gizirləri daim diqqət altında saxlamaq son dərəcə vacibdir. Silahlı Qüvvələrə aid hərbi hissələrdə tikinti və təmir-bərpa işlərinin əksəriyyətinin təxirə salınması barədə deyilənlər də dogru deyil. Əksinə, MN-nin hazırkı rəhbərliyi bu sahəyə daha çox üstünlük verir. Zabit və gizirlər üçün 2015-ci ilin son günləri Gəncə şəhərində 500-dən çox mənzillər istifadəyə verildi. Bu il də bir çox hərbçi ailələrinin Silahlı Qüvvələr günü ərəfəsində yeni mənzillərə köçməklə bağlı sənədləri alacaqları gözlənilir. 2016-cı ildə Silahlı Qüvvələrin həyata keçirəcəyi hərbi təlimlərin, özü də Türkiyə, Rusiya, Qazaxstan və digər ölkələrin ordu nümayəndələri ilə birgə planlasdırılan nəzəri və praktiki təlim və toplanışların sayı da bildiyim qədər heç bir dəyişikliyə məruz qalmayıb.

O məlum xəbərdə yeganə razılaşdığım məqamlardan biri hərbçilərə və ehtiyatda olan hərbi qulluqçulara müxtəlif ödənişlərin verilməsi prosesində gecikmələrin olması faktıdır ki, düşünürəm ki, MN-nin rəhbərliyi yaxın günlərdə bu məsələnin də müsbət həlli üçün lazım olan addımları atmalıdır və yəqin ki atacaqdır.

Bir vaxtlar Azərbaycanda birgə çalışdığımız və Silahlı Qüvvələrimizin müasir, dünya səviyyəli ordulardan biri olması üçün çalışdığımız bəzi dostlarımız bu gün Azərbaycandan çox-çox uzaqlarda - Almaniyada, Ukraynada, İspaniyada və digər komfort ölkələrdə oturub yanlış və qeyri-dəqiq məlumatları yaymaqla əslində ordumuzu heç də xoş olmayan formada göstərirlər.”x9d Sitatın sonu.....

Yenədə üzümümü xaricdə oturub həqiqəti əks etdirməyən yazıları yazan psevdo hərbi ekspertlərə müraciət edirəm:

Ağzınıza gələni yazmayın. Təsdiq olmayan faktları göstərməklə Azərbaycan Ordusunu siz özünüzü hörmətdən salmayın.

Yazımın sonunda mərhum xalq şairimiz Zəlimxan Yaqubun “Ordum varsa ,yurdum var “ şerinin bir necə bəndləri ilə bitirmək istəyirəm.

Bizə od vuranları yandırıb-yaxan gərək. 
Torpağı gözümüz tək qoruyub baxan gərək 
Qəzəb dolu tüfəngəm, çaxmağı çaxan gərək 
Ordum varsa, yurdum var, 
Ordum yoxsa, yurdum yox!

Torpağa sahib olub yer üstə yerləşməsək, 
Bir canda, bir ürəkdə, bir ruhda birləşməsək, 
Millətin taleyini dürüst fikirləşməsək, 
Özgələrdən bizlərə dırnaq qədər yardım yox. 
Ordum varsa, yurdum var, 
Ordum yoxsa, yurdum yox!

İnamsız bir qartalın qanadları gərilməz, 
Döyüşsüz azadlığın meyvələri dərilməz, 
Şəhidsiz bir millətin vətən ruhu dirilməz, 
Oğullar ola-ola, necə deyim mərdim yox. 
Ordum varsa, yurdum var, 
Ordum yoxsa, yurdum yox!

Ehtiyatda olan Polkovnik ”“Leytenant Mürsəl Qurbanov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO