“Papanin” və “Kubinka”da ƏMƏLİYYAT: Saxlanılanlar var - VİDEO

“Papanin” və “Kubinka”da ƏMƏLİYYAT: Saxlanılanlar var - VİDEO

Hazırda oxunan: “Papanin” və “Kubinka”da ƏMƏLİYYAT: Saxlanılanlar var - VİDEO
115944
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində - Cəlil Məmmədquluzadə, Naxçıvanı, Asəf Zeynallı və Namiq Məlikov küçələrində növbəti əməliyyatlar keçirilib. Tədbir zamanı qeyd edilən ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən 7 nəfər - Rəşad Ağayev, Kamal Saməddinzadə, Elxan Qasımov, Elçin Əsədullayev, Ramil Əlibəyov, Eldəniz Şərifov və Anar Bəxtiyarzadə saxlanılıblar.

DİN-dən Bizim.Media-ya bildirilib ki, həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək, psixotrop maddə olan metamfetamin və satışı qadağan edilən 100 ədəd preqabalin həbi aşkar edilib.

Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən əvvəllər məhkum olunmuş paytaxt sakini İlqar Əliyev də tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron və sandıqça aşkar edilərək götürülüb.

Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO