Fəqan Azadəliyevin İnterpolun Mərkəzi Bürosuna yeni rəis təyinatı məsələsinə DİN-dən TƏKZİB

Fəqan Azadəliyevin İnterpolun Mərkəzi Bürosuna yeni rəis təyinatı məsələsinə DİN-dən TƏKZİB

Hazırda oxunan: Fəqan Azadəliyevin İnterpolun Mərkəzi Bürosuna yeni rəis təyinatı məsələsinə DİN-dən TƏKZİB

114765

İnterpolun Milli Mərkəzi Bürosuna yeni təyinat olduğu bildirilir. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə Sumqayıt Şəhər Polis İdarəsinin rəisi polis polkovniki Fəqan Azadəliyev İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə gətirilib. 

Qeyd edək ki, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi general-mayor Əlaslan Ağayev ötən ilin iyununda xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi.

Rəis vəzifəsi boş olduğu üçün həmin ayda rəis müavini vəzifəsinə təyin olunan sabiq Bərdə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Muradəli Babayev Büro rəisinin vəzifələrini icra edirdi.

Onu da bildirək ki, Fəqan Azadəliyev Sumqayıt Şəhər Polis İdarəsinin rəisi vəzifəsindən əvvəl Lənkəran rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Bizim.Media-ya açıqlamasında faktı təkzib edib.

DİN rəsmisinin sözlərinə görə yayılan məlumat yalandır:

“Hazırda Sumqayıt Şəhər Polis İdarəsinin rəisi vəzifəsini icra edir”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO