BİZİM TƏQVİM: Qarabağda Fövqəladə vəziyyət tətbiq edilib

BİZİM TƏQVİM: Qarabağda Fövqəladə vəziyyət tətbiq edilib

Hazırda oxunan: BİZİM TƏQVİM: Qarabağda Fövqəladə vəziyyət tətbiq edilib
114748
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

1906-cı ilin bu günündə Ümumrusiya Müsəlmanlarının ikinci qurultayı keçirilib. 1 həftə davam edən fikir ayrılıqlarından və müzakirələrdən sonra Qurultay bir neçə mühüm qərar qəbul edib.

15 yanvarda daha hansı hadisələr baş verib?

1. 15 yanvar 1915-ci ildə Birinci Dünya savaşında Çar ordusu Osmanlı ordusunu məğlub edib. Türklər Cənubi Azərbaycandan çəkiliblər.

2. 1919-cu ilin bu günündə AXC tərəfindən Zəngəzur, Cavanşir, Şuşa və Cəbrayıl qəzaları əsasında Qarabağ general-qubernatorluğu yaradılıb.

3. 15 yanvar 1919-cu ildə erməni silahlı dəstələri Göyçə və Novobəyazid qəzalarındakı Azərbaycanlılar yaşayan kəndlərdə kütləvi qırğınlar törədib.

4. 1989-cu ilin 15 yanvarında erməni silahlıları Goranboyun Todan kəndinə basqın edib, 2 dinc sakini qətlə yetirib.

5. 15 yanvar 1989-cu ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Dağlıq Qarabağda Fövqəladə vəziyyət tətbiq edilib.

6. 1990-cı ilin 15 yanvarında Xəzər dəniz Donanmasının bazasında uçqun baş verib. Uçqun nəticəsində 22 nəfər dənizçi torpaq altında qalaraq həyatlarını itirib.

7. 15 yanvar 1992-ci ildə Avropa dövlətləri Xorvatiya və Sloveniyanının müstəqilliyini tanımaqla Yuqaslaviyanın dağıdılmasına start verib. 

8. 15 yanvar 2005-ci ildə Yasir Ərəfatın ölümündən sonra 9 yanvarda Fələstin dövlət başçısı seçilən Mahmud Abbas and içərək vəzifəsinin icrasına başlayıb.

15 yanvarda kimlər xatırlanır?

1. 1902-ci ilin bu günü türk şairi, yazıçı, rəssam, ssenarist, dramaturq və ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı (1950) və türk inqilabi poeziyasının banisi Nazim Hikmət anadan olub.

2. 1943-cü ilin bu günündə Azərbaycanlı qəhrəman Əli Dadaşov(Lyonya Dadışev) 18 yaşında alman-faşistləri tərəfindən güllələnib.

3. 15 yanvar 1984-cü ildə Kıbrıs (Kipr) Türklərinin lideri, jurnalist-yazıçı Dr. Fazıl Küçük 78 yaşında Londonda həyatını itirdi. Fazıl Küçük Rum və Türklərin birgə qurduqları Kıbrıs Dövlətinin ilk vitse-prezidenti idi.

4. Azərbaycan şairi, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist və ictimai xadim Nəbi Xəzri 15 yanvar 2007-ci ildə vəfat edib. O 1945-ci ildən AYB-nin üzvü, Azərbaycan SSR xalq şairi (1984), SSRİ (1973) və Azərbaycan SSR (1982) Dövlət mükafatları laureatı idi.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO