2022-ci ilin yadda qalan TƏYİNATLARI

2022-ci ilin yadda qalan TƏYİNATLARI

Hazırda oxunan: 2022-ci ilin yadda qalan TƏYİNATLARI
113162
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Başa vurduğumuz 2022-ci il bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Bu ilin yaddaqalan hadisələrdən biri də bir sıra şəxslər yüksək dövlət vəzifələrinə təyin olunmasıdır.

Onların siyahısını təqdim edirik: 

1. 2022-ci ilin ilk təyinatı Səhiyyə Nazirliyində olub. 19 Yanvar 2022-ci il tarixdə Azərbaycan Prezidentinin sərəncamı ilə Teymur Musayev Səhiyyə naziri təyin edilib.

2. Azərbaycan prezidentinin 18 fevral 2022-ci il tarixli sərəncamı ilə Elxan İbrahimov Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

3. 3 mart 2022-ci il tarixdə Ölkə Başçısının sərəncamı ilə Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

4. Taleh Kazımov 12 aprel 2022-ci il tarixdə Mərkəzi Bankın sabiq prezidenti təyin olunub.

5. Köçəri Həsənov 4 may 2022-ci il tarixdə “Azərsu” ASC sədrinin vəzifəsinin müvəqqəti icrasına başlayıb.

6. Azərbaycan Prezidentinin sərəncamı ilə Vahid Hacıyev 4 may 2022-ci ildə Zəngəzur iqtisadi rayonunun Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi təyin edilib.

7. Şahin Bağırov Dövlət Başçısının sərəncamı ilə DGK –nin sədrinin birinci müavini təyin edilib.

8. 21 iyul 2022-ci il tarixdə Ölkə Başçısının sərəncamı ilə Rövşən Nəcəf SOCAR-ın prezidenti təyin edilib.

9. Azərbaycan Prezidentinin 25 iyul 2022-ci il tarixli sərəncamı ilə Əkbər Abbasov Lerik Rayon İcra Hakimiyyəti başçısı təyin edilib.

10. Araz Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 25 iyul 2022-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin Başçısı təyin olunub.

11. 25 iyul 2022-ci ildə Elvin Paşayev Ölkə Başçısının sərəncamı ilə Göygöl rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

12. 11 avqust 2022-ci il tarixdə Prezidentin sərəncamı ilə Orxan Mürsəlov Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

13. 17 oktyabr 2022-ci ildə Ölkə Başçısının sərəncamı ilə Natiq Ağayev Göyçay rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. 

14. 28 noyabr 2022-ci il Vüqar Əliyev Dövlət Başçısının sərəncamı  ilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin edilib.

15. 22 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin təyin edilib. 

16. 22 dekabr 2022-ci il tarixdə Adil Kərimli Azərbaycan Prezidentinin sərəncamı ilə Mədəniyyət nazirinin birinci müavini təyin edilib.

17. Prezident İlham Əliyevin sərəncamı ilə 22 dekabr 2022-ci il tarixdə Zaur Fəti-zadə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin olunub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO