DYP baş verən qəzalarla bağlı sürücülərə müraciət etdi

DYP baş verən qəzalarla bağlı sürücülərə müraciət etdi

Hazırda oxunan: DYP baş verən qəzalarla bağlı sürücülərə müraciət etdi
112943
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi son günlər baş verən dəhşətli yol qəzaları ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Bizim.Media xəbər verir ki, qurumun baş inspektoru, polis mayoru Araz Əsgərli son günlər baş vermiş yol nəqliyyat hadisələrinin məsuliyyətsizliyin nəticəsi olduğunu bildirib.

Onun sözlərinə görə, sıxlıqlardan, tıxaclardan qat-qat vacib olan məsələ təhlükəsizlikdir: 

“Son günlər insan tələfatı ilə nəticələnən ağır qəzalar əksəriyyətin gileyləndiyi tıxac və sıxlıqlarda deyil, sürətli yollarda və qayda pozuntuları nəticəsində baş verib. Yollarımızın ən böyük problemi sürücülərin, piyadaların və ya sərnişinlərin hərəkət qaydalarına, təhlükəsizliyin təminatına ciddi yanaşmamağının yol açdığı faciələrdir.
Əksəriyyət qayda-qanunun olmasını istəsə də, təəssüf ki, həmin qaydaların özündən kənarda olmasını istəyir. Minbir bəhanə ilə hər kəsin özünü haqlı çıxartmaq və qaydaların yanından ötüb keçmək arzusu var.

Naməlum səbəbdən bəzi insanlar başa düşmür ki, göz görə-görə özünü təhlükəyə atır. Kimsə bu ağır faciələrdən sığortalanmayıb. Bir daha xahiş edirik ki, yola çıxan yaxınlarınızdan, doğmalarınızdan, dostlarınızdan ehtiyatlı olmağı tələb edin! Yol hərəkəti qaydaları həyati əhəmiyyətlidir, səhvləri bağışlamır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO