İran-Azərbaycan sərhədində ATIŞMA - 170 kq narkotik keçirmək istədilər

İran-Azərbaycan sərhədində ATIŞMA - 170 kq narkotik keçirmək istədilər

Hazırda oxunan: İran-Azərbaycan sərhədində ATIŞMA - 170 kq narkotik keçirmək istədilər
112460
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabr ayının 29-da saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Perimbel kəndi, saat 14:30-da isə Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavalarının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb, sərhədçilərə atəş açılıb. 

Bu barədə Bizim.Media-ya DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. 

Sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları hər iki halda odlu silahdan atəş açaraq sərhədçilərin həyatına təhlükə yaratmışlar.

“Dövlət sərhədi haqqında” Azərbaycan qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı xəbərdarlıq məqsədilə silahdan istifadə edib. Sərhəd pozucuları üzərindəki bağlamaları ataraq geriyə, İran ərazisinə qaçmağa müvəffəq olub. 
Hər iki istiqamət üzrə keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində ümumi çəkisi 170 kiloqram 106 qram narkotik vasitə (20 kq 158 qr heroin, 142 kq 131 qr marixuana, 4 kq 792 qr metamfetamin, 3 kq 025 qr tiryək və 81228 ədəd “metadon M-40” həbləri) aşkar olunaraq götürülüb. 

Baş verən silahlı insidentlərlə əlaqədar İranın sərhəd mühafizə orqanlarının nümayəndələri ilə görüş keçirilib və məlumat mübadiləsi aparılıb. 

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO