Şəhidin körpəsi ata yurduna yola salındı – FOTO/VİDEO

Hazırda oxunan: Şəhidin körpəsi ata yurduna yola salındı – FOTO/VİDEO

107088

Bu ayın 26-da Qusar rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsundə sentyabr şəhidi Şair Heydərovun qız övladının dünyaya gəlmədi barədə məlumat vermişdik. Bu gün körpə təntənəli şəkildə doğum evindən evə buraxılıb.

Bizim.Media-nın yerli  bürosu xəbər verir ki, şəhid Şairin istəyilə Yeganə adlandırılan körpənin evə yola salınmasında xəstəxana kollektivi, ailə üzvləri, “YAŞAT" Fondunun və Qubadakı "Asan Xidmətin" əməkdaşları, Müdafiə Nazirliyinin Qusardakı hərbi hissəsinin hərbçiləri iştirak ediblər. 

Balaca Yeganə ata yurdu Mucuq kəndinə yola salınıb.

Çıxış edənlər sentyabr ayında erməni təcavüzünün qarşısını alarkən şəhid olan Şair Heydərovun ailəsinə dövlətin həmişə dəstək olacağını bildirib.

Yeganənin zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpə - Yeganənin adına isə depozit hesabı açılacaq və 5000 AZN vəsait onun hesabına yerləşdiriləcək. 

Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Şəhidimizin övladı həmin vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO