Fransada meriyanın binasında iğtişaş törədildi -166 nəfər saxlanıldı - FOTO/VİDEO

Fransada meriyanın binasında iğtişaş törədildi -166 nəfər saxlanıldı - FOTO/VİDEO

Hazırda oxunan: Fransada meriyanın binasında iğtişaş törədildi -166 nəfər saxlanıldı - FOTO/VİDEO
642791
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransada keçirilən küçə etirazları zamanı Parisdə 130-dan çox aksiya iştirakçısı saxlanılıb. 

Bizim.Media xəbər verir ki,  ölkə üzrə saxlanılanların ümumi sayı günortaya qədər 166 nəfərə çatıb.

Marsel şəhərində etirazçılar meriyanın binasının qapılarını sındıraraq içəridə dağıntılar törədiblər. Ruan şəhəri yaxınlığında isə universitet binasının bir hissəsi yandırılıb.

Aksiya iştirakçıları yanacağın qiymətlərinin aşağı salınmasını və liseylərdəki problemlərin həllini tələb edirlər. Onların bir qismi Fələstinə dəstək şüarları səsləndirir.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, etirazçılar polisə daş atır və atəş açırlar. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə buna cavab olaraq su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edirlər.


Fransada meriyanın binasında iğtişaş törədildi -166 nəfər saxlanıldı - FOTO/VİDEO - foto 1
Fransada meriyanın binasında iğtişaş törədildi -166 nəfər saxlanıldı - FOTO/VİDEO - foto 2
Fransada meriyanın binasında iğtişaş törədildi -166 nəfər saxlanıldı - FOTO/VİDEO - foto 3

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO