İmişlidə polis əməliyyat keçirdi - SAXLANILAN VAR - FOTO

İmişlidə polis əməliyyat keçirdi - SAXLANILAN VAR - FOTO

Hazırda oxunan: İmişlidə polis əməliyyat keçirdi - SAXLANILAN VAR - FOTO
106832
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, eləcə də silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayon sakini, 61 yaşlı Tahir Bəşirov saxlanılıb.

Həmin şəxsdən kibrit qutularında və kağız bükümlərdə qablaşdırılmış ümumi çəkisi 30 qram olan marixuana, bir ədəd revolver tipli tapança və 37 ədəd patron aşkarlanıb.

Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Bizim.Media

İmişlidə polis əməliyyat keçirdi - SAXLANILAN VAR - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO