“Dəli Tural” polis şöbəsinə aparıldı - FOTO

“Dəli Tural” polis şöbəsinə aparıldı - FOTO

Hazırda oxunan: “Dəli Tural” polis şöbəsinə aparıldı - FOTO
10496
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Kəpəz rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, əvvəllər məhkum olunmuş, kriminal aləmdə “Dəli Tural” ləqəbi ilə tanınan 34 yaşlı Tural Atakişiyev şəhər ərazisində saxlanılaraq Polis Bölməsinə gətirilib.

 

MÖVZU İLƏ BAĞLI:

Tonlarla ölmüş at və mal əti satanlar saxlanıldı - VİDEO


Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “Makarov” markalı tapança, həmin tapançaya aid sandıqdan isə 4 ədəd atəşə yararlı 9 mm kalibirli patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktla bağlı Gəncə ŞBPİ-nin İstiq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Bizim.Media

“Dəli Tural” polis şöbəsinə aparıldı - FOTO - foto 1
​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO