Zaqatalanın bəzi kəndlərinə ağır texnikalar cəlb olundu - SƏBƏB - FOTO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi rayon ərazisindən axan dağ çaylarında sel və daşqın təhlükəsinin qarşısının alınması məqsədilə idarənin irihəcmli texnikaları tərəfindən zəruri tədbirlər davam etdirilir.
Bizim.Media xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.
Bildirilib ki, hazırda Talaçayın sağ və sol sahillərində Yuxarı Tala, Aşağı Tala, Göyəm, Dardoqqaz, Höytala və Yolayrıc kəndləri ərazilərində sahilbərkitmə işləri həyata keçirilir. Bununla yanaşı, Muxaxçayda Yuxarı Çardaxlar, Mamrux, Zəyəm, Çobankol və Suvagil kəndləri ərazilərində, Katexçayın sol sahilində Paşan kəndi ərazisində, həmç...