Şəmkirdə sement daşıyan yük maşını betona çırpıldı - Xəsarət alan var – FOTO

Şəmkirdə sement daşıyan yük maşını betona çırpıldı - Xəsarət alan var – FOTO

Hazırda oxunan: Şəmkirdə sement daşıyan yük maşını betona çırpıldı - Xəsarət alan var – FOTO

629387

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "DAF" markalı sement daşıyan (yük) avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton arakəsməyə çırpılıb.

Hadisə nəticəsində, "DAF" markalı avtomobil deformasiyaya uğrayıb,
 

Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb edilib. Ərazidə baş verə biləcək yağın hadisənin qarşısını almaq məqsədilə tədbirlər görülüb.


Avtomobilin betona çırpılması zamanı sürücü 62 yaşlı S.Verdiyev xəsarət alıb.Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, hadisə "DAF"markalı avtomobilin sürücüsünün sükan arxasında yatması olub.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. (Apa.az)









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO