Zaqatalada dava: Daşla həmkəndlisinin başından vurdu

Zaqatalada dava: Daşla həmkəndlisinin başından vurdu

Hazırda oxunan: Zaqatalada dava: Daşla həmkəndlisinin başından vurdu
629360
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Zaqatalada 31 yaşlı kişiyə daşla xəsarət yetirən şəxs saxlanılıb.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, hadisə rayonun Aşağı Tala kəndində baş verib.

Belə ki, rayonun Aşağı Tala kənd sakini 42 yaşlı Elgün Qardaşov və Yuxarı Tala kənd sakini 31 yaşlı Əhməd Əhmədov arasında şəxsi münasibətlər zəminində dava baş verib.

Dava zamanı E. Qardaşov Ə. Əhmədovun baş nahiyəsinin arxa hissəsindən daşla xəsarət yetirib.

Ə. Əhmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirlib.
 

Polis əməkdaşlarının keçirdiyi tədbir nəticəsində hadisəni törətməkdə şübhəli sayılan E. Qardaşov saxlanılıb.


Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO