Zelenskidən sülh açıqlaması: "Avqustda proses aktivləşəcək"

Zelenskidən sülh açıqlaması: "Avqustda proses aktivləşəcək"

Hazırda oxunan: Zelenskidən sülh açıqlaması: "Avqustda proses aktivləşəcək"

629359

Ukrayna avqust ayında ABŞ-nin iştirakı ilə sülh danışıqlarının aktivləşəcəyinə ümid edir.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.

Onun sözlərinə görə, Ukrayna hər gün ABŞ Prezidenti Donald Trampın nümayəndələri ilə təmasdadır.

Avqustun 4-də isə Zelenski Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov, Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov, "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamiyası və XİN başçısının birinci müavini Sergey Kislitsa ilə danışıqlar mövzusunda xüsusi iclas keçirib.
 

"Budanov, Umerov, Araxamiyası, Kislitsa danışıqlar xəttinin özlərinə aid elementlər üzrə məruzə etdilər. Biz bütün görüş formatlarına hazır olacağıq, avqustda Uitkoff və Kuşnerin aktiv olacağına ümid edirik", - deyə o qeyd edib.


Zelenski həmçinin əlavə edib ki, diplomatik səylər digər tərəfdaşlarla, xüsusən də Fars körfəzi ölkələri ilə davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO