Rafet Dalkıran Türkiyə Hərbi Hava Qüvvələrinin yeni komandanı təyin edildi

Rafet Dalkıran Türkiyə Hərbi Hava Qüvvələrinin yeni komandanı təyin edildi

Hazırda oxunan: Rafet Dalkıran Türkiyə Hərbi Hava Qüvvələrinin yeni komandanı təyin edildi

629289

Avqustun 4-də Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyənin Ali Hərbi Şurasının (YAŞ) iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclasda vitse-prezident Cövdət Yılmaz, milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan, Baş Qərargah rəisi Səlçuk Bayraktaroğlu və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

İclasın yekununda Türkiyə Silahlı Qüvvələrinin ali rəhbərliyində bir sıra mühüm kadr dəyişiklikləri açıqlanıb.

Qərara əsasən, Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinə Rafet Dalkıran təyin olunub.

Bundan başqa, 25 general və admiralın rütbəsi artırılıb, 69 polkovnik isə general və admiral rütbəsi alıb.

Qərarlar 30 avqust 2026-cı ildən qüvvəyə minəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO