Kiyevə raket zərbələri endirildi: 14 ölü, 27 yaralı var - FOTO-VİDEO

Kiyevə raket zərbələri endirildi: 14 ölü, 27 yaralı var - FOTO-VİDEO

Hazırda oxunan: Kiyevə raket zərbələri endirildi: 14 ölü, 27 yaralı var - FOTO-VİDEO

629372

Kiyevə raket zərbələri endirilib. Qoloseyevski rayonunda fərdi ev dağılıb. İnsanların dağıntılar altında qaldığı ehtimal edilir.

Bizim.Media xəbər verir ki, Qoloseyevski rayonunda qeyri-yaşayış binasında baş verən yanğın nəticəsində ammiak sızması baş verib.

Lokasiyaların birində təkrar partlayış baş verib, nəticədə hadisə yerində olan təcili yardım maşınının sürücüsü xəsarət alıb.

Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, hava hücumu zamanı 1 nəfər ölüb, 24 nəfər yaralanıb.

Kiyev vilayətinin Buça, Brovarı, Fastov rayonlarında da dağıntılar qeydə alınıb, yaralılar var.

Hadisə yerinə təcili yardım xidmətləri göndərilir.

Alınan son məlumata görə, Kiyev vilayətində 14 nəfər həlak olub, 27 nəfər yaralanıb.

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO