Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı

Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı

Hazırda oxunan: Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı

629347

Rusiyanın Samara vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun Samara vilayətinin regional İctimai Palatasının üzvü kimi səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Bizim.Media Samara vilayəti hökumətinin saytına istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Fedorişev sərəncam imzalayıb.
 

Sərəncama əsasən, həmçinin "Dostluq" regional yaradıcı ictimai təşkilatınln prezidenti Faxruddin Kanyukayev İctimai Palatanın üzvü təyin edilib.


Xatırladaq ki, daha əvvəl Şirvan Kərimov Rusiya vətəndaşlığından məhrum edilmişdi və ölkəyə girişinə qadağa qoyulmuşdu.

Qeyd edək ki, Rusiyadakı Azərbaycan diasporu bir ildən çoxdur ki, təqiblərə məruz qalır. Bu müddət ərzində Moskva da daxil olmaqla Rusiyanın bir sıra regionlarında fəaliyyət göstərən Azərbaycan diasporlarının rəhbərlərinin Rusiya vətəndaşlığı ləğv olunub və onların ölkədən çıxarılması barədə qərar qəbul olunub. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO