Nazirlik direktor vəzifəsi üçün müsabiqə ELAN ETDİ

Nazirlik direktor vəzifəsi üçün müsabiqə ELAN ETDİ

Hazırda oxunan: Nazirlik direktor vəzifəsi üçün müsabiqə ELAN ETDİ
629320
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mədəniyyət Nazirliyi region teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, müsabiqə regionlarda fəaliyyət göstərən dövlət teatrlarında vakant olan direktor və direktor müavini vəzifələriin tutulması məqsədilə elan olunub.

Direktor vəzifəsi üzrə əmək funksiyalarına teatrın fəaliyyətini Azərbaycan qanunvericiliyinə uyğun təşkil etmək;

yaradıcı və inzibati idarəetmənin həyata keçirilməsinə nəzarət etmək;

teatrın strateji məqsədləri və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

repertuar siyasətini formalaşdırmaq;

dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə və səmərəli istifadəsinə nəzarət etmək;

dövlət qurumları, yerli və beynəlxalq təşkilatlar, digər tərəfdaşlarla əməkdaşlıq qurmaq və teatrı təmsil etmək;

tamaşaçı auditoriyasının genişləndirilməsi, marketinq və kommunikasiya strategiyalarının tətbiqini təmin etmək;

əməyin mühafizəsi, təhlükəsizlik və etik davranış qaydalarına riayət olunmasına nəzarət etmək daxildir.

Direktor müavini vəzifəsi üzrə isə əmək funksiyaları yaradıcı və inzibati idarəetməni həyata keçirilməsini təmin etmək;

strateji inkişaf planının hazırlanmasını və icrasını təmin etmək;

yerli və beynəlxalq layihələrin, təşəbbüslərin hazırlanmasını və icrasını təşkil etmək;

teatrın fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı təkliflər hazırlamaq; direktorun digər tapşırıqlarını icra etmək olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO