135 saylı marşrut yeniləndi: Yararsız yola görə son dayanacağa gedə bilmir – VİDEO

135 saylı marşrut yeniləndi: Yararsız yola görə son dayanacağa gedə bilmir – VİDEO

Hazırda oxunan: 135 saylı marşrut yeniləndi: Yararsız yola görə son dayanacağa gedə bilmir – VİDEO

629393

Xırdalan şəhərinin Ceyranbatan su anbarı istiqamətindəki hissəsində kanalizasiya sularının səviyyəsi yenidən yüksəlib.

Bizim.Media xəbər verir ki, su anbarına yaxınlıqda yerləşən və tullantı sularının cəmləşdiyi yerin yaxınlığında aparılan yol təmiri işləri də yarımçıq dayandırılıb.
 

Məlum olub ki, bu ərazidə yolun tamamilə yararsız hala düşməsi səbəbindən 135 saylı müntəzəm marşrut xəttinin fəaliyyəti də pozulub. Yol problemi ilə əlaqədar iritutumlu müasir tipli avtobuslar Bakı Mühəndislik Universiteti istiqamətində hərəkət edə bilmir. Xırdalan şəhəri Həsən Əliyev küçəsi istiqamətində -120 yolu adlanan ərazidə yolun keçilməz olması, dərin çalaların mövcudluğu müasir tipli alçaqdaban avtobusların hərəkətini mümkünsüz edib.


Yaranmış vəziyyət səbəbindən sentyabr ayından etibarən Bakı Mühəndislik Universitetinin tələbələrinin daşınmasında ciddi çətinliklərin olacağı qaçılmaz olacaq.

Məsələ ilə bağlı 135 saylı xətt üzrə sərnişinlərə xidmət göstərən “Xaliq Faiqoğlu” şirkətindən bildirilib ki, uzun illərdir qeyd edilən ərazidə yol problemi qalmaqdadır: “Tərəfimizdən marşrut xəttinə müasir tipli avtobusların verilməsi təmin edilib. Yol problemi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunub. Lakin qeyd edilən ərazidə yolun bərpası həyata keçirilməyib”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO