Vaşinqton Braziliya səfirinin vizasını ləğv etdi - FOTO

Vaşinqton Braziliya səfirinin vizasını ləğv etdi - FOTO

Hazırda oxunan: Vaşinqton Braziliya səfirinin vizasını ləğv etdi - FOTO

629390

ABŞ administrasiyası Braziliyanın Vaşinqtondakı səfiri Mariya Luiza Ribeiro Viottinin Amerika vizasını ləğv edib.

Bizim.Media xəbər verir ki, CNN-in məlumatına görə, bu addım Vaşinqton və Braziliya arasında diplomatik gərginliyi daha da artırıb.
 

ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi bildirib ki, qərar Braziliyanın ABŞ-ın səfir postuna namizədi Daniel Peresə aqreman (bir dövlətin digər dövlətin təyin etmək istədiyi səfirin namizədliyinə əvvəlcədən verdiyi rəsmi razılıq) verməsini gecikdirməsinə cavab olaraq qəbul edilib.


Bundan əlavə, tərəflər arasında bəzi amerikalı rəsmilərə viza verilməməsi də daxil olmaqla daha geniş fikir ayrılıqlarının olduğu qeyd edilib.

ABŞ rəsmisi vurğulayıb ki, vizanın ləğvi səfirin ölkədən çıxarılması anlamına gəlmir. Onun sözlərinə görə, Braziliya Daniel Peresin səfir təyinatını təsdiqləyəcəyi təqdirdə qərar dərhal ləğv olunacaq.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO