Kirayə mənzillər rekord vaxtda bitdi - Cəmi 16 dəqiqə

Kirayə mənzillər rekord vaxtda bitdi - Cəmi 16 dəqiqə

Hazırda oxunan: Kirayə mənzillər rekord vaxtda bitdi - Cəmi 16 dəqiqə
629332
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində mənzillərin seçimi prosesi artıq başa çatıb.

Bizim.Media xəbər verir ki, bu haqda İpoteka və Kredit Zəmanət Fondu və “AzInTelecom” birgə məlumat yayıb.
 

Bildirilib ki, seçim prosesində Azərbaycanda ilk dəfə olaraq İKZF-nin təşəbbüsü ilə yaşayış sahələrinin kütləvi seçimi zamanı SİMA rəqəmsal imzanın üztanıma texnologiyası tətbiq edilib.


Seçim prosesində Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 184 yeni, tam təmirli mənzil vətəndaşların seçiminə təqdim olunub.

Yaşayış sahələri vətəndaşlar tərəfindən “Elektron ipoteka və kredit zəmanət” sistemində 16 dəqiqə 22 saniyə ərzində seçilib və bütün müraciətlər qaydalar çərçivəsində tamamlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO