Vaşinqtondan kritik Hörmüz boğazı açıqlaması: “İləliləyiş var, amma...”

Vaşinqtondan kritik Hörmüz boğazı açıqlaması: “İləliləyiş var, amma...”

Hazırda oxunan: Vaşinqtondan kritik Hörmüz boğazı açıqlaması: “İləliləyiş var, amma...”

629316

Hörmüz boğazının yenidən açılması ilə bağlı aparılan danışıqlarda irəliləyiş əldə olunub, lakin hələlik yekun razılıq əldə edilməyib.

Bizim.Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında deyib.
 

Rubionun sözlərinə görə, İranla danışıqlar davam edir və Vaşinqton yekun razılaşmanın yaxın vaxtlarda əldə olunacağına ümid edir.


ABŞ dövlət katibi qeyd edib ki, hazırda Hörmüz boğazından gəmilərin hərəkəti davam edir.

"Bu danışıqlarda irəliləyiş əldə edilib, lakin hələ yekun qərar qəbul edilməyib. Ümid edirik ki, bu, tezliklə baş verəcək. Boğazdan gəmilər keçir. Hazırda neft daşımaları da həyata keçirilir. Hörmüz boğazı açıqdır", - Rubio əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO