Abituriyent evindən çıxmadan qəbul imtahanı verəcək – Gələn ildən mümkündürmü?

Abituriyent evindən çıxmadan qəbul imtahanı verəcək – Gələn ildən mümkündürmü?

Hazırda oxunan: Abituriyent evindən çıxmadan qəbul imtahanı verəcək – Gələn ildən mümkündürmü?

629292

Texnoloji imkanlar artıq əhatə dairəsini genişləndirir, getdikcə daha əlçatan və kütləvi olmaqla bir çox sahələrdə yeni fürsətlər yaradır. Təsəvvür edin, ali təhsil müəssisələrinə qəbul imtahanı üçün abituriyent heç bir müəyyən olunmuş binaya getməyə, xüsusi yoxlanışlara ehtiyacı qalmadan evində oturduğu yerdəcə qəbul imtahanı verəcək. Amma hələ ki bizdə yox, Rusiyada. 2027-ci ildən şimal qonşumuz tədricən bu yeniliyi həyata keçirəcək.  

Azərbaycan belə bir imtahan prosesinə hazırdırmı?

Təhsil üzrə ekspert Məzahir Məmmədli mövzu ilə əlaqədar Bizim.Media-ya bildirdi ki, bu çox əlverişli bir yenilik olsa da yaxın gələcək üçün Azərbaycanda tətbiq olunması mümkün deyil.

Çünki Azərbaycan ali təhsil müəssisələrinə qəbul qaydalarının yenilənməsi ilə bağlı ilkin müzakirələr aparılmalı, təkliflər hazırlanıb Nazirlət Kabinetinə təqdim olunmalıdır:

“Şəxsən mən Azərbaycan modeli üçün bunu uyğun bilmirəm. Ümumiyyətlə biz buna hələ ki hazır deyilik. Çünki təcrübə göstərir ki, pandemiya dönəmində imtahanların online götürülməsi ilə bağlı xeyli neqativ hallara rast gəlindi. Bütövlükdə əvvəlcə cəmiyyət inam, etibar müstəvisi üzərində qurulmalıdır ki, bu kimi təşəbbüslərə qoşulmaq imkanımız yaransın”.

13 mindən artıq tələbə öz təhsilini dayandırıb

Mütəxəssis diqqətə çatdırdı ki, Azərbaycanda ali təhsil müəssisələrinə qəbul modeli ilə dünyanın heç bir modeli müqayisə oluna bilməz. Çünki Azərbaycanda  ixtisaslara görə deyil, qruplara görə seçim edilir.

Hər kəs birbaşa arzuladığı ixtisasa yox, topladığı balın verdiyi fürsətə görə seçim etməli olur.

“Növbəti tədris müddətində isə tələbə təhsil aldığı sahədə özünü və gələcəyini görmür və başqa istiqamətə yönəlir. Təsadüfi deyil ki, ötən il 13 mindən artıq tələbə öz təhsilini dayandırıb. Buna əsas səbəb ixtisas uyğunsuzluğu göstərilib”, - deyə o əlavə etdi.

Şəfiqə Şəfa, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO