Yaxın zamanda İsveçrə ilə yeni razılaşmalar imzalanacaq - Nazir

Yaxın zamanda İsveçrə ilə yeni razılaşmalar imzalanacaq - Nazir

Hazırda oxunan: Yaxın zamanda İsveçrə ilə yeni razılaşmalar imzalanacaq - Nazir
629245
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son 30 ilin nəticələrinə nəzər saldıqda isə İsveçrədən Azərbaycana 1,6 milyard ABŞ dolları, Azərbaycandan isə İsveçrə iqtisadiyyatına 2,3 milyard ABŞ dolları həcmində investisiya yatırıldığı görünür. Bu göstəricilər investisiya əməkdaşlığında kifayət qədər balanslı yanaşmanın formalaşdığını nümayiş etdirir.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə birgə keçirilən mətbuat konfransında söyləyib.

O bildirib ki, 2025-ci il qarşılıqlı ticarət dövriyyəsi baxımından kifayət qədər uğurlu olub. Həmin il iki ölkə arasında ümumi ticarət dövriyyəsi 1,8 milyard ABŞ dollarına yaxın təşkil edib.

Nazir onu da qeyd edib ki, Azərbaycanda 110 İsveçrə şirkəti qeydiyyatdan keçib. Onlardan 87-si aktivdir.

Bu şirkətlər sənaye, tikinti, kənd təsərrüfatı, nəqliyyat, ticarət və digər sahələrdə fəaliyyət göstərirlər.

“Hazırda iki ölkə arasında bir sıra yeni sənədlər üzərində iş aparılır. Hesab edirik ki, yaxın zamanda əlavə razılaşmaların imzalanmasının şahidi olacağıq”, - deyə Ceyhun Bayramov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO