Banklar komissiya haqlarını artırır?

Banklar komissiya haqlarını artırır?

Hazırda oxunan: Banklar komissiya haqlarını artırır?

629262

Azərbaycan Mərkəzi Bankının (AMB) 2026-cı ilin ilk yarısı üzrə statistik məlumatlarına əsasən, bank sektorunda komissiya əməliyyatları üzrə gəlir və xərclər arasında əhəmiyyətli fərq qeydə alınıb.

Hesabata görə, 2026-cı ilin yanvar–iyun aylarında bankların qeyri-faiz gəlirləri 1 milyard 10,6 milyon manat təşkil edib. Bu gəlirlərin əsas istiqamətlərindən biri olan hesablaşma və komissiya xidmətləri üzrə gəlirlər 221 milyon manat olub.

Eyni dövrdə bankların komissiya və xidmətlərlə bağlı xərcləri isə 548,9 milyon manat təşkil edib. Nəticədə komissiya əməliyyatları üzrə xərclər gəlirləri 327,9 milyon manat üstələyib.

Məlumatlara əsasən, bankların komissiya xidmətləri üzrə xərclərinin yüksək olması əsasən ödəniş sistemləri, kart infrastrukturu, texnoloji həllər, prosessinq və digər xidmətlər üzrə ödənişlərlə bağlıdır.

AMB-nin statistik göstəriciləri göstərir ki, bankların əsas gəlir mənbəyi hazırda kreditləşmə və faiz gəlirləri olaraq qalır. Belə ki, ilin ilk 6 ayında bankların xalis faiz gəlirləri 1 milyard 688,1 milyon manat təşkil edib.

Belə vəziyyətdə banklar komissiya haqlarını artıra bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Əkrəm Həsənov deyir ki, bankların komissiya haqlarından narazılıq var:

“Amma komissiya haqqı bütün dünyada  var. Və əksər ölkələrdə komissiya haqqı bizim banklarda tətbiq olunan komissya faizlərindən xeyli yüksəkdir. Qeyd edim ki, Avropa ölkələrində kredit faizləri aşağı olsa da komissiya haqları çox yüksəkdir. Nəzərə alaq ki, bizim bankların əsas gəlir yeri verilən kreditin faizləridir. Son illərdə də kredit faizləri bir qədər aşağı düşüb. Amma komissiya haqları bir qədər artıb. Bununla belə komissiya haqları xidmət xərclərini qarşılaya bilmir. 

Ona görə də komissiya haqları arta bilər. 

Əslində bu daha ədalətli olar. Çünki bank onun xidmətindən yararlanan bütün müştərilərə eyni cür yanaşmalıdır. Amma bu günə qədər banklar bütün yükü borcalanın üzərinə qoyub. Lakin bankın digər xidmətlərindən istifadə edənlər demək olara ki, simvolik ödəniş edib. Artıq zaman dəyişib. Banklar zərərlikdən qaçmaq üçün ola bilsin ki, komissiya haqlarını qaldırsın”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO