Britaniyanın nüfuzlu “The Independent” nəşri futbol dünyasının ən möhtəşəm fərdi mükafatı olan “Qızıl top”un (“Ballon d'Or”) əsas namizədlərinin yenilənmiş reytinq siyahısını dərc edib.
Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, nəşrin versiyasına əsasən, siyahıya “Mançester Siti” və İspaniya milli komandasının yarımmüdafiəçisi Rodri başçılıq edir.
Maraqlıdır ki, bir çoxlarının əsas favorit hesab etdiyi Madrid “Real”ının hücumçusu Vinisius Junior bu reytinqdə ilk onluğu tamamlayır. Lionel Messi isə bir sıra ulduzları geridə qoyaraq ilk beşlikdəki yerini qoruyub saxlayır.
“The Independent”ə görə Top-10 namizədin siyahısı aşağıdakı kimidir:
1. Rodri (“Mançester Siti”, İspaniya)
2. Harri Keyn (“Bavariya”, İngiltərə)
3. Lamin Yamal (“Barselona”, İspaniya)
4. Kilian Mbappe (“Real Madrid”, Fransa)
5. Lionel Messi (“İnter Mayami”, Argentina)
6. Usman Dembele (PSJ, Fransa)
7. Erlinq Haaland (“Mançester Siti”, Norveç)
8. Cud Bellingem (“Real Madrid”, İngiltərə)
9. Maykl Olise (“Bavariya”, Fransa)
10. Vinisius Junior (“Real Madrid”, Braziliya)
Bizim.Media

































































































