Müğənni Fədayə Laçın “Mətanətlə Gündəlik” verilişinin qonağı olub.
İfaçı ikinci dəfə ailə qurmamasının səbəbini açıqlayıb: “Həyatdakı əngəlləri tək aşmışam, bəzən isə dostlarım kömək edib. Rəfiqəm yoxdur, qardaş dostlarım var. Birinci evliliyim alınmadı, bir övladım var. Övladıma görə ikinci dəfə ailə qurmadım. İstəmədim ki, ögey ata gəlib oğluma qışqırsın. Qeyrətim qəbul etmədi. O gözünü açıb məni həm ana, həm ata olaraq görüb. Oğlumun 20 yaşı var, mənim ər axtaran yaşım deyil”.(ailəm.az)





































































































