GDU

GDU "Mən Bacarıram" adlı yeni bir layihənin icrasına başlayır

Hazırda oxunan: GDU "Mən Bacarıram" adlı yeni bir layihənin icrasına başlayır

71529
Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı  “Mən Bacarıram”x9d adlı universitet tələbələrinin istedad müsabiqəsi  layihəsinin icrasına başlayır.

Moderator.az xəbər verir ki, ümumilikdə 3-17 mart tarixlərini əhatə edən layihənin əsas məqsədi Gəncə Dövlət Universitetində  təhsil alan istedadlı tələbələri  aşkar edərək üzə çıxarmaq,onlara yeni imkanlar yaradaraq dəstək olmaqdan ibarətdir. 2 mərhələdən ibarət olan layihənin ilkin mərhələsində seçim turu , ikinci mərhələsində isə final turu keçiriləcək. Müsabiqədə mahnı,şeir,rəqs,teatr,çalğı alətlərinin ifası, yaxud qeyri-adi bir istedad və xüsusi bacarığı olan hər bir kəs iştirak edə bilər. Münsiflər tərəfindən seçiləcək olan qaliblərə pul mükafatı və dəyərli hədiyyələr təqdim olunacaq. Layihənin yekunu və təltif olunma mərasimi 17 mart tarixində həyata keçiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO