Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə GÖRÜŞDÜ - FOTO

Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə GÖRÜŞDÜ - FOTO

Hazırda oxunan: Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə GÖRÜŞDÜ - FOTO

640755

Bu gün Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl Yəhya ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
 

Bildirilib ki, görüşdə Azərbaycanın Təşkilata üzvlüyünün ölkənin rəqəmsal transformasiya gündəliyinin həyata keçirilməsi və müvafiq sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.


Azərbaycanda rəqəmsal transformasiyanın dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu bildirilib, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyi qeyd olunub.

Bu siyasətin praktiki nəticəsi olaraq rəqəmsal infrastrukturun inkişafı, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin gücləndirilməsi istiqamətlərində görülən işlər barədə məlumat verilib.

Görüşdə Azərbaycan və Təşkilat arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, müxtəlif istiqamətlərdə təcrübə mübadiləsinin və birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iştirak edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO