Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Hazırda oxunan: Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

633181

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

Hörmətli Mehriban Arif qızı.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Azərbaycan xalqının rifahının təmin olunmasına, təhsil, elm, mədəniyyət və incəsənətin inkişafına, Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunub saxlanılmasına və təbliğinə yönəlmiş çoxşaxəli dövləti və ictimai fəaliyyətinizə dərin hörmətimi və səmimi heyranlığımı ifadə etmək istəyirəm.

Özbəkistanda Sizə xüsusi rəğbət və ehtiram bəslənilir, Özbəkistan-Azərbaycan münasibətlərinin ardıcıl şəkildə dərinləşdirilməsinə göstərdiyiniz daimi həssas diqqət yüksək qiymətləndirilir.
 

Ailələrimiz arasında mövcud səmimi və mehriban münasibətlər xüsusi sevinc hissi doğurur. Əminəm ki, bu dostluq və qarşılıqlı hörmət mühiti hazırda Özbəkistanı və Azərbaycanı birləşdirən həqiqi qardaşlıq bağlarının parlaq ifadəsidir.


Əminəm ki, Sizin şəxsi iştirakınız bundan sonra da ölkələrimiz arasında humanitar və mədəni əlaqələrin möhkəmləndirilməsinə, xalqlarımızın yaxınlaşmasına və zəngin ümumi irsimizin gələcək nəsillər üçün qorunub saxlanılmasına hərtərəfli töhfə verəcək.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, tükənməz enerji, xoşbəxtlik və firavanlıq, qardaş Azərbaycan xalqına isə sülh və davamlı tərəqqi arzulayıram.

Hörmətlə,

Şavkat Mirziyoyev

Özbəkistan Respublikasının Prezidenti

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO