Azərbaycanla Özbəkistanın şəhərləri də qardaşlaşır - SİYAHI

Azərbaycanla Özbəkistanın şəhərləri də qardaşlaşır - SİYAHI

Hazırda oxunan: Azərbaycanla Özbəkistanın şəhərləri də qardaşlaşır - SİYAHI

632730

Azərbaycan və Özbəkistan arasında münasibətlər paytaxtlardan kənarda da yeni körpülər qurur. Bakı ilə Daşkəndin möhkəm siyasi və strateji tərəfdaşlığı fonunda iki ölkənin müxtəlif şəhərləri də “qardaşlaşaraq” iqtisadi, mədəni və turizm əlaqələrini genişləndirir. Bir-birindən minlərlə kilometr uzaqda yerləşən bu şəhərləri isə ortaq tarix, mədəni yaxınlıq və dostluq bağları birləşdirir.

Bizim.Media Modern.az-a istinadən xəbər verir ki, hazırda Azərbaycanla Özbəkistanın 10 şəhəri qardaşlaşıb.

Qardaş şəhərlərin siyası belədir:

Bakı - Daşkənd

İsmayıllı - Riştan

Şuşa - Xivə

Lənkəran - Buxara

Şəki - Kokand

Biləsuvar - Termez

Mingəçevir - Namanqan

Füzuli - Gülüstan

Quba - Cizak

Beyləqan - Şəhrisəbz

Qeyd edək ki, Naxçıvan-Ürgənc şəhərlərinin yaxın vaxtlarda qardaşlaşma münasibətinin qurulması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO