Şavkat Mirziyoyev: “İki ölkə – bir çempionat” proqramının hazırlanması lazımdır

Şavkat Mirziyoyev: “İki ölkə – bir çempionat” proqramının hazırlanması lazımdır

Hazırda oxunan: Şavkat Mirziyoyev: “İki ölkə – bir çempionat” proqramının hazırlanması lazımdır
632632
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“İki ölkə – bir çempionat” proqramının hazırlanması lazımdır.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib.

“Gələn il ölkələrimizdə, bu barədə də danışmışıq, mühüm idman tədbiri – gənclər arasında futbol üzrə dünya çempionatı keçiriləcək. Bununla əlaqədar yarışların başlanmasına qədər keçiriləcək idman, mədəniyyət və gənclər tədbirlərimizi birləşdirəcək genişmiqyaslı “İki ölkə – bir çempionat” proqramının hazırlanması lazımdır.

Həmçinin Özbəkistan-Azərbaycan idman oyunlarının təsis edilməsini təklif edirik. Bu çərçivədə gənclər yalnız idman arenalarında deyil, həm də intellektual yarışlarda mübarizə apara bilərlər. Əgər bunu komandalarımıza tapşırsaq, çox yaxşı olar”, - deyə Şavkat Mirziyoyev qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO